525.Az

Gəncədə Afaq Şıxlı ilə görüş keçirilib


 

Gəncədə Afaq Şıxlı ilə görüş keçirilib<b style="color:red"></b>

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi və AYB Gəncə Bölməsinin təşkilatçılığı ilə istedadlı həkim və şair Afaq Şıxlının gəncəli oxucularla görüşü keçirildi.

AYB Gəncə bölməsinin sədri, Əməkdar mədəniyyət işçisi Xəzangül Afaq Şıxlının yaradıcılığından ətraflı söz açaraq bildirdi ki, onun əsərləri türk, rus, fransız, ingilis və digər dillərə tərcümə olunub, kitabları xarici ölkələrdə nəşr edilib.

Çıxış edənlərdən yazıçı, Əməkdar jurnalist Nüşabə Əsəd Məmmədli Afaq Şıxlı ilə çoxdan tanış olduğunu, onun ictimai fəaliyyətinin genişliyini və məhsuldar yaradıcılığa malik yazar olmasını vurğuladı.

Şair Bayram Göyçəli A.Şıxlının yaradıcılığından rəğbətlə bəhs etdi, şeirlər oxudu və bu görüşdən çox məmnun olduğunu söylədi.

Şair və yazıçılardan İqbal İsmayılov, İmamverdi Məmmədov, Ofelya Mədətqızı, İnqilab İsaq, Aləmzər Əlizadə, Rəhim Qurbani, Əlipolad, Mələk İsmayıl, Aybəniz Kürəkçaylı, Fərruxə Umarova, Saleh Qurbanov, Gülnarə Sadiq, Həsənalı Abbaslı, Zülfiyyə Yaqubqızı, Eltun Türkel, Fizuli Ruzigar Afaq Şıxlının şeirlərindən nümunələr səsləndirdilər, onun haqqında yüksək fikirlər söylədilər.

Sonda Afaq Şıxlı keçirilən görüşə, haqqında deyilən xoş sözlərə görə AYB Gəncə bölməsinə, iştirakçılara minnətdarlığını bildirdi, yeni şeirlərini oxudu.

Tədbirin sonunda görüş iştirakçıları böyük ədib Mir Cəlal Paşayevin Gəncədəki Ev Muzeyini ziyarət etdilər, xatirə şəkli çəkdirdilər.

 





02.10.2019    çap et  çap et