525.Az

Bu il pambıq istehsalı artırılacaq


 

Bu il pambıq istehsalı artırılacaq<b style="color:red"></b>

Azərbaycan bu il ərzində pambıq istehsalını artıracaq.

"APA-Economics" in məlumatına görə, bunu jurnalistlərə Aqrar Tədqiqatlar Mərkəzini rəhbəri Firdovsi Fikrətzadə bildirib.

Onun sözlərinə görə, əkin sahələrinin azalmasına baxmayaraq, məhsuldarlıq göstəricisinin hesabına bu il Azərbaycanda ötən ilə nisbətdə daha çox pambıq istehsal olunacağı gözlənilir:

"Bu il pambıqçılıq sahəsində ölkədə strategiya dəyişib. Təqribən 102 min hektar ərazidə pambıqçılığın inkişafı üçün lazımi şərait yaradılıb".

 





03.10.2019    çap et  çap et