525.Az

Elman Babayev ali məktəbdə şöbə müdiri təyin olundu


 

Elman Babayev ali məktəbdə şöbə müdiri təyin olundu<b style="color:red"></b>

Bakı Mühəndislik Universitetində (BMU) təbliğat işinin gücləndirilməsi məqsədilə struktur dəyişikliyi aparılıb.

BMU-dan APA-ya bildirilib ki, universitetin Mətbuat xidməti ləğv olunaraq, onun bazasında İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb.

Əməkdar jurnalist Elman Babayev şöbənin müdiri vəzifəsinə təyin olunub.

E. Babayev uzun illər bir sıra dövlət qurumlarında ictimaiyyətlə əlaqələr sahəsinə rəhbərlik edib, “Kaspi”, “Azərbaycan müəllimi” qəzetlərində, “Trend” İnformasiya Agentliyində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

 





03.10.2019    çap et  çap et