525.Az

Pens demokratları Trampın impiçmentindən əl çəkməyə çağırdı


 

Pens demokratları Trampın impiçmentindən əl çəkməyə çağırdı <b style="color:red"></b>

Konqresdəki demokratlar üçün prezident Donald Trampın vəzifədən uzaqlaşdırılması prosesinə son verməyin vaxtı gəlib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə cümə axşamı vitse-prezident Maykl Pens Arizonada jurnalistlərlə söhbət edərkən bildirib.

“Bu sonsuz araşdırmalar Vaşinqtonda dayandırılmalı, spiker Nensi Pelosi və demokratlar təhlükəsizlik, rifah, infrastruktur, dərman qiymətlərinin aşağı olması və ABŞ, Meksika və Kanada ticarət müqavilələri kimi mövzulara diqqət yetirməlidirlər”, - Pens belə deyib.

 





04.10.2019    çap et  çap et