525.Az

Suriyadan Türkiyəyə cavab gəldi


 

Suriyadan Türkiyəyə cavab gəldi<b style="color:red"></b>

Ankaranın Əsənboğa hava limanında endirilən Suriyanın sərinişin daşıma təyyarəsi ilə əlaqədar rəsmi Dəməşq açıqlama verib.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumatına görə, Suriyanın Mülki Aviasiya rəhbəri Ceyda Əbdüllətif, Türkiyənin beynəlxalq səviyyədə hava qaydalarını pozduğunu söyləyib.

İstanbul - Rus RT kanalına müsahibə verən Əbdüllətif təyyarədəki sərnişinlərin böyük qisminin yaşlı, qoca olduğunu deyərək onların uzun müddət təyyarədə gözlədiklərini qeyd edib.

Hadisə ilə əlaqədar Beynəlxalq Mülki Aviasiya Təşkilatına və digər lazımi təşkilatlara şikayət edəcəyini söyləyən Ceyda Əbdüllətif təyyarədə heç bir silah-sürsat olmadığını açıqlayıb.

Nigar Məhərrəm

 





11.10.2012    çap et  çap et