525.Az

Texniki Universitetdə fakültələr yenidən təşkil ediləcək


 

Texniki Universitetdə fakültələr yenidən təşkil ediləcək<b style="color:red"></b>

Azərbaycan Texniki Universiteti (AzTU) son vaxtlar yenidən diqqəti özünə cəlb etməyə başlayıb və yeni rektor təyinatından sonra bu ali təhsil ocağinda atılan addımlar, dəyişikliklər böyük maraqla izlənilir. 

Universitetin Elmi Şurasının bugünlərdə keçirilən iclasında AzTU-nun rektoru, professor Vilayət Vəliyev  Texniki Universitetin yüksək texnologiyalar dövrünün çağırışlarına uyğun strateji inkişaf prioritetlərini açıqlayıb. 

Elmi Şurada universitetdə aparılan elmi-tədqiqat işlərinin ölkə iqtisadiyyatının əsas inkişaf prioritetlərinə  uyğun altı istiqaməti müəyyən edilib və bu fonda fakültələrin yenidən təşkilinə qərar verilib. Bununla bağlı, yeni dekan seçkiləri olacaq.

Universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qəzənfər Bayramov bildirib ki, professor Vilayət Vəliyev faktiki olaraq AzTU-da islahatlara, ciddi struktur dəyişikliklərinə start verib.

Onun sözlərinə görə, yeni rektor son iki ayda universitetin fəaliyyəti, potensialının açilması və inkişafı üçün köklü islahatlara zəmin yaradan ciddi addımlar atmağa başlayıb. Universitetin yeni inkişaf konsepsiyası hazırlanır. Gələn il 70 illiyini qeyd edəcək AzTU tarixi ənənələri olan ali təhsil ocağıdır, rektor onun imicinin formalaşmasına xələl gətirən bütün xoşagəlməz hallara qarşı qətiyyətlə mübarizə aparır.

Q.Bayramov qeyd edib ki, professor V.Vəliyevin hədəfi AzTU-nun beynəlxalq reytinqini yüksəltmək  və regionda aparıcı universitetə çevirməkdir.

 





04.10.2019    çap et  çap et