525.Az

Türkiyə Vəkillər Birliyi Dilqəm və Şahbazın hüquqlarının müdafiəsində iştirak edə bilər


 

Türkiyə Vəkillər Birliyi Dilqəm və Şahbazın hüquqlarının müdafiəsində iştirak edə bilər<b style="color:red"></b>

Azərbaycan Vəkillər Kollegiyası və Türkiyə Vəkillər Birliyi yaxın vaxtlarda Naxçıvanda qurumların İdarə Heyətlərinin birgə toplantısını keçiriləcək.
 
APA-nın məlumatına görə, bunu bu gün Bakıda jurnalistlərə Türkiyə Vəkillər Birliyinin sədri Mətin Feyzioğlu bildirib.
 
M. Feyzioğlu deyib ki, bu toplantıda bütün dünyaya Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, Azərbaycanın üzləşdiyi haqsızlıqlar bəyan ediləcək: “Azərbaycanın üzləşdiyi haqsızlıqları unutdurmadıq, unutdurmayacağıq. Çünki hazırda Azərbaycanın müqəddəs torpaqlarının bir hissəsi işğal altındadır. Təəssüf ki, dünya bu işğala qarşı səssiz qalıb. Azərbaycanın da ən önəmli hədəfi müqəddəs torpaqlarını işğaldan və zülmdən azad etməkdir. Naxçıvanda keçiriləcək toplantımızda da əsas  məqsəd dünyaya bu mesajı verməkdir. Bu toplantıda vəkillərimizin qarşılıqlı təcrübə mübadiləsi ilə bağlı da mühüm qərarlar veriləcək”.
 
Azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqda saxlanmasına da toxunan M. Feyzioğlu qeyd edib ki, nə zaman müraciət edilsə, Türkiyə Vəkillər Bürosu bu məsələdə Azərbaycan Vəkillər Kollegiyasına dəstək verməyə hazırdır: “Azərbaycan Vəkillər Kollegiyası bizdən hansı formada dəstək istəyirsə, biz sizin dünyada sözünüzə sözlə, gücünüzə gücümüzlə dəstək verməyə hazırıq”.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

 

 





04.10.2019    çap et  çap et