525.Az

Beyləqanda 14 yaşlı oğlan avtomobillə 3 məktəbli qızı vurdu


 

Beyləqanda 14 yaşlı oğlan avtomobillə 3 məktəbli qızı vurdu<b style="color:red"></b>

Beyləqanda məktəbliləri maşın vurub.

APA-nın məlumatına görə, hadisə oktyabrın 3-ü saat 13 radələrində rayonun 1-ci Şahsevər kəndi ərazisində qeydə alınıb.

14 yaşlı Vüsal Həsənov sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-2106” markalı, 49-BA-942 dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarı ilə gedən 3 yeniyetmə qızı vurub.

Xəsarət alanlar - 2005-ci il təvəllüdlü Aynur Kərimli, 2005-ci il təvəllüdlü Rəqsanə Cəfərli və 2005-ci il təvəllüdlü Duyğu Ələkbərli Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Beyləqan rayon Polis Şöbəsinin İstintaq bölməsi tərəfindən araşdırma aparılır.

 





04.10.2019    çap et  çap et