525.Az

Anar Tatarıstan Yazıçılar Birliyinin yubileyində


 

Anar Tatarıstan Yazıçılar Birliyinin yubileyində <b style="color:red"></b>

Tatarıstanın paytaxtı Qazan şəhərində bu respublikanın Yazıçılar Birliyinin 85 illiyi geniş qeyd olunub. Rusiya, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Başqırdıstan, Qaraqalpak, Krım tatar yazıçılarının da qatıldıqları yubileydə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar da iştirak edib.

Sentyabrın 26-da tədbirin açılışında Tatarıstan parlamentinin sədri Fərid Mühəmmədşin Respublika prezidenti Rüstəm Minnexanovun yazıçılara təbrikini oxuyub, bir neçə tatar yaşıçısına Xalq şairi və başqa fəxri adlar təqdim olunub. Tatarıstan Yazıçılar Birliyinin sədri Danil Salixovun çıxışından sonra qonaqların adından Rusiya Yazıçılar İttifaqının katibi Valeri Kiselyov və Xalq yazıçısı Anar tatar həmkarlarını yubiley münasibətilə təbrik ediblər.

Səhərisi gün Tatarıstan Yazıçılar Birliyində Dəyirmi masa toplantısında ilk çıxış edən Anar Azərbaycan və tatar xalqlarının qədim ədəbi əlaqələrindən, Azərbaycan Yazıçılar Birliyinə dövlət qayğısından, tədbirdə təmsil olunan yazıçılar təşkilatlarıyla birgə fəaliyyət niyyətlərindən söz açıb.

Anar sentyabrın 29-da Anar Danil Salixovun və Tatarıstan Xalq şairi Renat Harisin müşayətilə qədim türk dövlətlərinin paytaxtı Bulqar şəhərinə səfər edib, tarixi abidələrlə tanış olub.

 





04.10.2019    çap et  çap et