525.Az

Tbilisidə "Azerbaijan.Travel" qonaq mərkəzinin açılışı oldu


 

Tbilisidə "Azerbaijan.Travel" qonaq mərkəzinin açılışı oldu<b style="color:red"></b>

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycan Turizm Bürosunun "Azerbijan.Travel" qonaq mərkəzinin açılışı olub.

APA-nın yerli bürosunun xəbərinə görə, Şota Rustaveli küçəsində yerləşən qonaq mərkəzinin açılış mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqtşmid, Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili və digər rəsmi şəxslər iştirak ediblər.

F. Nağıyev APA-nın yerli bürosuna bildirib ki, "Azerbijan.Travel" qonaq mərkəzi Gürcüstanda Azərbaycanın turizm imkanlarının təbliği və bu ölkənin turizm potensialından istifadə baxımından önəmli rol oynayacaq: “Bildiyiniz kimi, Gürcüstana il ərzində 6 milyondan çox əcnəbi turist gəlir. Azərbaycana gələn turistlərin 22 faizini Gürcüstan vətəndaşları təşkil edir".

O qeyd edib ki, bu gün Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri M. Kvrivişvili ilə Gürcüstan və Azərbaycanı əhatə edən birgə turların təşkil edilməsi kimi bir sıra məsələləri müzakirə ediblər.

 

 





05.10.2019    çap et  çap et