525.Az

Daha bir "Qobustan"


 

Daha bir "Qobustan"<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin ədəbi-bədii orqanı "Qobustan" sənət toplusunun bu il üçün ikinci sayı oxucuların ixtiyarına verilib.

Jurnal ənənəvi olaraq baş redaktor Vaqif Əlixanlının "Qırx sətir"i ilə başlayır. Yazını yazıçı, alim, mütəfəkkir Abbasqulu Ağa Bakıxanov haqqındakı məqalə davam etdirir.

"Yurd yeri" rubrikasında İmaməddin Zəkiyevin "Qonağa sevinən Qonaqkənd" yazısı, şair Tofiq Nurəliylə söhbət ("O dağlar gördüyünü görəcəkmiş"), Vaqif Piriyevin "Buduq və Buduqlular", T.Nurəlinin "Kolluqdan açılan güllə və ya Lermontovu Qonaqkəndlə nə bağlayır?", Z.İmaməddinin "Qartal yuvasındakı adam", Şahverdioğlunun "Mir Cəfərin yaxşılığı" məqalələri yer alıb. Bölməni "Vəli Axundov Qonaqkəndə gəlibmiş", "Yerfidəki "Əfəndilər Cami"si öz hamisini tapdı", "Teatr tarixinə vurğun kəs", "Qonaqkəndin yarımçıq xalça nağılı", "Bir kitabın yazılmamış fəsli" yazıları və Xaltanlı Tağının "Vücudnamə"si davam etdirir.

"Sən və siz"də İ.Zəkiyev "Nə yaxşı ki, dünyada yaxşılar varmış" deyərkən, İlham Nəzərov "Müslüm Maqomayevin mahnılarında Azərbaycan zirvəsi"ndən söz açır.

"Pərdə arxası"nda Aydın Kazımzadə, Esmira Nəzərli və Ziyadxan Əliyevin, "Pillələr" rubrikasında Könül Gənimalıyeva, "Nərmin Bağırova, İnarə İsmayılova, Nüşabə Əsədova və Musa Əmiraslanovun məqalələri çap olunub.

Toplu "Yazı-pozu" rubrikası ilə tamamlanır. Rubrikaya Elçinin "Hökmdar və qızı", A.Bestujev-Marlinskinin "Molla Nur" pyesləri daxildir.

Şahanə MÜŞFİQ

 





05.10.2019    çap et  çap et