525.Az

Ədəbiyyat İnstitutunda xarici yazarlarla görüş


 

Ədəbiyyat İnstitutunda xarici yazarlarla görüş <b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Oman Mədəniyyət Assosiasiyasının prezidenti Aişə Əd Dərməki, Serbiya Yazıçılar Birliyinin fəxri sədri Radomir Andriç, Moldova Pen Təşkilatının sədri Leo Butnaru və Slovakiya şairi Valeri Kupka ilə görüş keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq qonaqları salamlayıb. Akademik bildirib ki, Avrasiya yazıçılarının "LiFFt-2019" IV Avrasiya ədəbi festivallar festivalı çox böyük əhəmiyyətə malikdir.

İnstitutun direktoru onu da əlavə edib ki, adından göründüyü kimi, bizim İnstitut ədəbiyyatı öyrənir. İnstitutumuzun 86 yaşı var, əsas istiqamət Azərbaycan ədəbiyyatını öyrənməkdir. Eyni zamanda, "Ədəbi tənqid" və "Ədəbiyyat nəzəriyyəsi" şöbələri də vardır. Bunlardan başqa, "Dünya ədəbiyyatı" şöbəsi var ki, həmin şöbədə daha çox Qərb, əsasən Avropa ədəbiyyatı öyrənilir. Bizim eyni zamanda, Asiya və Türk xalqları ədəbiyyatını öyrənən şöbələrimiz də var. Bu ölkələrin bəzilərinə aid mütəxəssislər vardır, bir çoxu isə yeni formalaşır. Oman ədəbiyyatını son illərdə Bədii Tərcümə və ədəbi Əlaqələr Mərkəzi ilə birgə öyrənirik. Artıq nəticə var, Oman, Moldova və Serbiya ədəbiyyatının nümayəndələri Azərbaycan dilinə tərcümə olunub, ilk dəfə antologiya çap edilib. Sonra Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu bu görüşün təşkili üçün akademik İsa Həbibbəyliyə təşəkkür edərək qonaqların fəaliyyəti haqqında məlumat verib.

Daha sonra şöbə müdiri Gülər Abdullabəyova və qonaqlar çıxış edərək belə bir görüşün təşkili üçün minnətdarlıq bildiriblər.

 





06.10.2019    çap et  çap et