525.Az

Gülər Əhmədovanın YAP-dan çıxarılmasına baxılacaq


 

Gülər Əhmədovanın YAP-dan çıxarılmasına baxılacaq<b style="color:red"></b>

Sabiq deputat Gülər Əhmədovanın Yeni Azərbaycan Partiyasının üzvlüyündən çıxarılması məsələsinə baxılacaq.

Bunu Trend-ə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.

"Gülər Əhmədova Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının üzvüdür. Yəni partiyada rəsmi vəzifəsi yoxdur. Nə Siyasi Şuranın üzvüdür, nə də Yasamal rayon təşkilatında rəsmi vəzifəsi var. Onun partiyanın üzvlüyündən çıxarılması məsələsinə partiyanın ilk təşkilatında baxıla bilər və yəqin ki baxılacaq", - Qurbanlı deyib.

Qeyd edək ki, sentyabrın 25-də Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin sabiq deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişlərdə əks olunan məlumatlar Bakı şəhər prokurorluğunda araşdırılıb.

Qeyd edilən audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

 





11.10.2012    çap et  çap et