525.Az

Əjdər Ol nazirlikdə Aparat rəhbəri oldu


 

Əjdər Ol nazirlikdə Aparat rəhbəri oldu<b style="color:red"></b> Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr təyinatı həyata keçirilib.

Modern.az-ın məlumatına görə, yeni nazir Səlim Müslümovun müvafiq əmri ilə Əjdər Feyzulla oğlu Cəbiyev Nazirlik Aparatının yeni rəhbəri vəzifəsinə təyin olunub. O, bu vəzifədə Elnur Kələntərlini əvəz edib.
 
E. Kələntərli isə APA-ya bildirib ki, nazirlikdə ona yeni vəzifə verilib: “Belə ki, bundan sonra nazirliyin maliyyə idarəsinin rəis müavini vəzifəsində çalışacağam. Artıq bu vəzifəyə təyin olunmuşam və bu gündən yeni işdə fəaliyyətə başlamışam. Mən hər zaman dövlətə və hökumətə sadiq bir insan olmuşam. Bundan sonrakı fəaliyyətimdə bu sadiqliyimi davam etdirəcəyəm”.
 
 





28.10.2013    çap et  çap et