525.Az

ABŞ qoşunlarını Suriya-Türkiyə sərhədindən geri çəkir


 

ABŞ qoşunlarını Suriya-Türkiyə sərhədindən geri çəkir<b style="color:red"></b>

ABŞ qoşunlarını Suriya-Türkiyə sərhədindən geri çəkməyə başlayıb.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə PKK terror təşkilatının Suriya qanadı olan YPG məlumat yayıb.

Məlumata əsasən, bu, ABŞ-ın Türkiyə ordusunun Suriyanın şimalına hərbi əməliyyatlara başlamasına razılıq verməsindən sonra baş verib.

YPG ABŞ-ın onlara verdiyi sözə əməl etməyərək, qoşunlarını Suriyanın Türkiyə ilə sərhədindən geri çəkdiyini bəyan edib.

YPG-dən onu da bildiriblər ki, onlar Türkiyənin Suriyanın şimalına edəcəyi hərbi əməliyyatlar zamanı özlərini müdafiə edəcəklər.

 

 





07.10.2019    çap et  çap et