525.Az

"Dünən havanın temperaturu iqlim normasından 4,5 dərəcə yüksək olub"


 

"Dünən havanın temperaturu iqlim normasından 4,5 dərəcə yüksək olub"<b style="color:red"></b>

“Dünən ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub”.

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O qeyd edib ki, oktyabrın 6-da havanın temperaturu iqlim normasından 4.5 dərəcə yüksək olub:

“Bu gün günün birinci yarısında hava şəraiti kifayət qədər mülayim olacaq. Axşama doğru güclü küləklə əlaqədar temperatur bir qədər aşağı düşəcək və normaya yaxınlaşacaq”.

 





07.10.2019    çap et  çap et