525.Az

Fiziologiya və tibb üzrə Nobel mükafatının qalibləri açıqlanıb


 

Fiziologiya və tibb üzrə Nobel mükafatının qalibləri açıqlanıb<b style="color:red"></b>

Bu gün 2019-cu il Fiziologiya və tibb üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanıb.

APA-nın Nobel Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, mükafat onkoloq Uilyam G. Kelin (ABŞ), bioloq Piter J. Ratkliffe (Böyük Britaniya), genetik və pediatr Qreqq Semenzaya (ABŞ) verilib.

Onlar bu mükafata hüceyrələrin oksigenin varlığını hiss etməsi və ona uyğunlaşması ilə bağlı kəşflərinə görə layiq görülüblər.

Qeyd edək ki, qaliblərin mükafatlandırma mərasimi ənənəyə uyğun olaraq dekabrın 10-da Alfred Nobelin vəfatı günü keçiriləcək. Beş mükafatdan 4-ü Stokholmda, Sülh üzrə Nobel mükafatı isə Osloda təqdim olunur. 2018-ci ildə Nobel mükafatlarının hər birinin məbləği 9 milyon İsveç kronu təşkil edib.

 





07.10.2019    çap et  çap et