525.Az

ABŞ Suriyada kürd terrorçularını Türkiyə ordusundan qorumayacaq


 

ABŞ Suriyada kürd terrorçularını Türkiyə ordusundan qorumayacaq<b style="color:red"></b>

ABŞ daha Suriyada kürd terrorçularını Türk Silahlı Qüvvələrindən qorumayacaq.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə hələlik adı açıqlanmayan ABŞ rəsmisi bildirib.

Bu gün ABŞ Suriyanın şimalında - Tel Əbyad və Ras əl-Ayn yaşayış məntəqələrində yerləşən iki müşahidə məntəqəsindən qoşunlarını təxliyə edib.

Qeyd edək ki, Ağ Ev Türkiyə Ordusunun Suriyada hərbi əməliyyatlara başlayacağını təsdiqləyib. Bundan sonra, ABŞ qoşunlarını Suriya-Türkiyə sərhədindən geri çəkməyə başlayıb. 

 

 





07.10.2019    çap et  çap et