525.Az

Gürcüstan Hava Yolları Rusiya Nəqliyyat Nazirliyini Avropa Məhkəməsinə verəcək


 

Gürcüstan Hava Yolları Rusiya Nəqliyyat Nazirliyini Avropa Məhkəməsinə verəcək<b style="color:red"></b>

Gürcüstan Hava Yolları şirkəti Rusiya Nəqliyyat Nazirliyini Avropa Məhkəməsinə verəcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə şirkətin baş icraçı direktoru Roman Bokeria məlumat verib. Bildirib ki, şirkət uçuşların dayandırılmasını əsassız hesab edir və dəyən zərərə görə Rusiya Nəqliyyat Nazirliyindən 25 milyon dollar tələb etməyi planlaşdırır.

"Qadağanın rəsmi səbəbi Rusiya Nəqliyyat Nazirliyinin "Georgian Airways" şirkətinin Rusiya naviqatorlarına 800 min dollar borcu olması və şirkətin aviasiya təhlükəsizliyi proqramına cavab verməməsi iddiasıdır. Biz tam məsuliyyətlə bəyan edirik ki, Gürcüstan Hava Yollarının Rusiya naviqatorları qarşısında heç bir borcu yoxdur və Rusiya aviaşirkətlərindən üçqat daha çox vergi ödəyir. Bu, Gürcüstan və Rusiya arasındakı dövlətlərarası müqavilələrə ziddir",- deyə R. Bokeria bildirib.

Qeyd edək ki, iki ölkə arasında uçuşlar bu il iyununun 21-də Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanan fərmana əsasən iyulun 8-dən dayandırılıb.

 





08.10.2019    çap et  çap et