525.Az

Milli-mənəvi dəyərlərimiz çağdaş qloballaşma şəraitində - Məqalə


 

Milli-mənəvi dəyərlərimiz çağdaş qloballaşma şəraitində - <b style="color:red">Məqalə </b>

Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyələri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Keçmişimiz və tariximiz bizlərə ibrət dərsi olduğu üçün həm də sabahımızın müəllimidir.

Azərbaycançılıq ideyaları ruhunda tərbiyə olunan gənc nəsil xalqımızın gələcək qələbələrinin təminatçısıdır. Əsrlər boyu yad təsirlərə məruz qalmağımıza baxmayaraq, xalqımız mənlik şüuru, əxlaqi dəyərlərə sədaqəti sayəsində dilini, dinini, milli adət-ənənələrini qoruyub saxlaya bildi. Milli dəyərlərimizin xalqımızın formalaşmasında və milli dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rolu olduğu üçün onların qorunaraq gələcək nəsillərə çatdırılması bu gün də çox aktualdır. Milli ideologiya, milli tarix, milli dil, dinimiz, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz, milli musiqimiz, muğamlarımız, fərdi yaddaşı, etnos yaddaşını, millətin, xalqın yaddaşını ehtiva edən folklorumuz məhz bu qəbildəndir.

Ümummilli Liderimiz Heydər Əliyev dinimizin milli-mənəvi dəyərlərin ən önəmli cəhətlərindən biri olduğunu önə çəkərək bildirirdi ki, xalqlara və qəbilələrə ayrılmış cəmiyyət həm də milli-mənəvi dəyərləri ilə seçilməlidir.

Adət-ənənə ilə əxlaq arasında qırılmaz tellər olduğu kimi, şəxsiyyətlə kollektiv və cəmiyyət arasında da qırılmaz bağlılıq mövcuddur. Hər bir ənənə müəyyən əxlaqi məna daşıyır. Onlara laqeyd qalmaq insanlar arasında münasibətlərin pozulmasına, şəxsiyyətlə kollektiv və cəmiyyət arasında ziddiyyətlərin əmələ gəlməsinə səbəb olur. Çünki milli-mənəvi dəyərlər xalqın milli-estetik ruhunu və duyumunu, sənətkarlıq qüdrətini özündə yaşadır. Hazırda bu mənəvi dəyərlər zəngin mədəni irs olmaqla bərabər, eyni zamanda, milli özünəməxsusluğun ifadə vasitəsidir.

Hər bir tarixi mərhələdə olduğu kimi, müasir dövrdə də bayramlar, tarixi hadisə və günlər böyük təntənə ilə qeyd edilir. Xalqımız qədim adət və ənənələrlə yanaşı, həyatımızda yeni formalarda təcəssüm olunan mədəni sərvətlərimizi bu gün də yaşadır və inkişaf etdirir. Deməli, milli-mənəvi dəyərlərimizin müasirliklə vəhdəti həyat tərzimizə çevrilmişdir. Beləliklə, xalqlar arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı ustadlığı və təbliğ etdiyi ideyaları, adət-ənənləri, milli xüsusiyyətləri ilə dünya sivilizasiyasında özünəməxsus yer tutur. Deyilən bu mənəvi dövrün, mövcud şəraitin və ictimai quruluşun ruhuna, tələblərinə uyğun cilalanır, yeni forma və məzmun kəsb edir. Qloballaşan dünyada milli dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq qalmalıyıq. Hər bir ölkə və xalq üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalı və digər xalqların dəyərləri ilə ziddiyyət təşkil etməməlidir. Bu baxımdan biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı, xoş münasibətləri, səmimi dostluğu nəzərdə tuturuq.

"Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu"nda "Mədəniyyət sərvətləri" haqqında deyilir: "Mənəvi və estetik ideallar, normalar və davranış qaydaları, dillər, dialektlər, ləhcələr, milli və etnik ənənələr və adətlər tarixi toponimlər, folklor, tətbiqi xalq sənətləri, mədəniyyət və incəsənət əsərləri, mədəniyyət fəaliyyətinin elmi tədqiqatının nəticələri və metodları, tarixi və mədəni əhəmiyyəti olan binalar, əşyalar, tarix və mədəniyyət baxımından unikal ərazilər və obyektlər mədəni sərvətlərdir".

Ümummilli Liderimiz Heydər Əliyev xalqın qədim mili-mənəvi dəyərlərini müasirliklə bağlayaraq deyirdi: "Həyatda uğurla yaşamaq üçün xalqımızın, millətimizin milli-mənəvi dəyərlərinə sadiq olmaq lazımdır, bu milli-mənəvi dəyərləri ümümbəşəri dəyərlərlə birləşdirib müasir həyat tərzi keçirmək lazımdır. Bir milləti digərlərindən fərqləndirən də əslində, elə milli-mənəvi dəyərləridir. Dünyada yaşayan azərbaycanlılar öz ana dilini, dinini, milli ənənələrini heç zaman unutmamalıdırlar. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi vətəni vardır. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıb. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz".       

Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın - azərbaycançılığın təşəkkül və inkişafına müstəsna diqqət yetirmiş Ulu Öndər milli-mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürürdü. "Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq", - deyən Ümummilli Liderimiz azərbaycançılığı milli bir ideologiya kimi irəli sürmüş, mədəniyyətimizi, mənəvi dəyərləri təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirmişdir. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan görkəmli dövlət xadimi müdrik şəxsiyyət kimi qeyd edirdi ki, aydın və dərk olunmuş milli ideologiya hər bir xalqın irəliyə doğru inkişafının yol göstərəni və bələdçisidir. Sevindirici haldır ki, "Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik", - deyən Ümummilli Liderin işıqlı ideyaları bu gün də yaşayır və həyata keçirilir. Hazırda bu ali ideyaların gerçəkləşməsi naminə Prezident İlham Əliyevin rəhbərliyi, ölkəmizin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın davamlı diqqəti sayəsində parlaq işlər görülür. Bu gün biz dövlətimizin başçısı cənab İlham Əliyevi eyni zamanda, milli-mənəvi dəyərlərimizin ən qüdrətli mühafizəçisi kimi görürük

Önəmli məqamlardan biri də milli-mənəvi dəyərlərimizin qloballaşma prosesi ilə qarşı-qarşıya qoyulmaması, onların bu prosesin içində əriməsinin qarşısını almaqdır. Qloballaşma heç də milli-mənəvi dəyərlərimizdən imtina etmək deyil, əksinə, həmin dəyərlərin daha geniş arealda təbliği üçün böyük fürsətdir. Bu baxımdan Azərbaycanda milli-mənəvi dəyərlərə qayıdışın qloballaşma ilə "toqquşmaması" sevindirici haldır. Sözün əsl mənasında Azərbaycanın qədim, rəngarəng mənəvi dəyərləri, mədəni irsi hazırda xalqın fəxr mənbəyi və dünya mədəniyyətinə töhfəsi qismində çıxış edir. Bu sahəyə dövlət qayğısının gündən-günə artması və beynəlxalq təcrübənin tətbiqi istiqamətində görülən işlər qeyri-maddi mədəni irsin gələcəyinə nikbin baxmağa ümidləri artırır.

Milli-mənəvi dəyərlərə bağlılıq həm də milli ruhun, milli şüurun simvolu olaraq tarixi yaddaşın fundamental prinsiplər əsasında formalaşması, yaşadılması deməkdir.

Dəyərlərimiz sırasında xüsusi yer tutan bayramlarımızda qədim mədəniyyətimiz, xalqımızın əsrlər boyu yaratdığı milli adət və ənənələr, bədii sərvətlər, tarixi hadisələr əks olunur. Bayramların çoxluğuna ağız büzənlərə bayramların mənəvi dəyərini yüksək qiymətləndirən fransız filosofu J.J.Russonun sözləri ilə cavab vermək istəyirəm: "Əgər xalqı zəhmətkeş və yaradıcı etmək istəyirsinizsə, ona bayram etmək imkanı verin". Platon bayramları dövlətin sabitliyi hesab edərək göstərirdi ki, "tərbiyə işində buraxılan qüsurları bayramlar vasitəsilə düzəltmək mümkündür". Aristotelə görə isə, "insan təbiəti elədir ki, o, təkcə zəhmət çəkmək deyil, həm də öyrənmək və bayram eləmək istəyir. Buna onun hərtərəfli haqqı var".

Mənəvi dəyərlər bu gün ictimai rəyə əsaslanan yazılmamış ünsiyyət qanunları kimi də diqqət mərkəzindədir. Adət-ənənə ilə əxlaq arasında qırılmaz tellər olduğu kimi, şəxsiyyətlə kollektiv və cəmiyyət arasında da qırılmaz bağlılıq mövcuddur. Hər bir ənənə müəyyən əxlaqi məna daşıyır. Onlara laqeyd qalmaq insanlar arasında münasibətlərin pozulmasına, şəxsiyyətlə kollektiv və cəmiyyət arasında ziddiyyətlərin əmələ gəlməsinə səbəb olur. Çünki milli-mənəvi dəyərlər xalqın milli-estetik ruhunu və duyumunu, sənətkarlıq qüdrətini özündə yaşadır. Hazırda bu mənəvi dəyərlər zəngin mədəni irs olmaqla bərabər, eyni zamanda, milli özünəməxsusluğun ifadə vasitəsidir.

Əsrlərdən bəri bayram və mərasimlər insan həyatını mənalandıran başlıca amillərdəndir. İnsanlar bayramı qeyd edərkən sıx ünsiyyət qurur, sevinc və problemlərini bölüşdürürlər. Azərbaycan şəraitində bu gün heç bir bayram milli-mənəvi atributsuz keçmir. Bayram və tarixi günlərimizlə yanaşı, cəmiyyətin hər bir inkişaf mərhələsində digər mədəniyyətlərə inteqrasiyamız genişləndikcə, həyatımıza və məişətimizə yeni beynəlxalq bayram və tarixi günlər daxil olur. Onların bəzilərinin kökləri qədim dövrlərə təsadüf etsə də, ölkəmizdə son zamanlardan bəri müasir bayramlar kimi qeyd olunmağa başlayıb. Hər bir tarixi mərhələdə olduğu kimi, müasir dövrdə də bayramlar, tarixi hadisə və günlər böyük təntənə ilə qeyd edilir. Xalqımız qədim adət və ənənələrlə yanaşı, həyatımızda yeni formalarda təcəssüm olunan mədəni sərvətlərimizi bu gün də yaşadır və inkişaf etdirir. Deməli, milli-mənəvi dəyərlərimizin müasirliklə vəhdəti həyat tərzimizə çevrilib.

Önəmli məqamlardan biri də milli-mənəvi dəyərlərimizin qloballaşma prosesi ilə qarşı-qarşıya qoyulmaması, onların bu prosesin içində əriməsinin qarşısını almaqdır. Qloballaşma heç də milli-mənəvi dəyərlərimizdən imtina etmək deyil, əksinə, həmin dəyərlərin daha geniş arealda təbliği üçün böyük fürsətdir. Bu baxımdan Azərbaycanda milli-mənəvi dəyərlərə qayıdışın qloballaşma ilə "toqquşmaması" sevindirici haldır. Sözün əsl mənasında Azərbaycanın qədim, rəngarəng mənəvi dəyərləri, mədəni irsi hazırda xalqın fəxr mənbəyi və dünya mədəniyyətinə töhfəsi qismində çıxış edir. Bu sahəyə dövlət qayğısının gündən-günə artması və beynəlxalq təcrübənin tətbiqi istiqamətində görülən işlər qeyri-maddi mədəni irsin gələcəyinə nikbin baxmağa ümidləri artırır. Milli-mənəvi dəyərlərimiz xalqımızın simasında zaman-zaman yaşamışdır. Bizi başqa xalqlardan, millətlərdən fərqləndirən də elə bir çox məqamda milli-mənəvi dəyərlərimiz, mədəniyyətimiz, mənəviyyatımızdır. Bu mənada Azərbaycan ailəsi də başqa ailələrdən fərqlənir. Ailələrimizdə böyüyə hörmət, ata-anaya sevgi, ehtiramla davranmaq, kiçiklərə qayğı, diqqət əsas göstəricilərdəndir. Bizim gələcək nəsillərə örnək olan əxlaq, tərbiyə simvolu, məhəbbət etalonu kimi daim hörmətlə anılan nümunəvi ailələrimiz çoxdur. Bu ailələr Azərbaycan xalqına sözün həqiqi mənasında böyük şəxsiyyətlər, dahilər bəxş etmişdir. Ümummilli Liderimiz Heydər Əliyev mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm xüsusiyyəti kimi dəyərləndirib. O bildirib ki, "milli-mənəvi dəyərlərini qoruyub saxlayan xalq həmişə müstəqillik yolu ilə getmək və müstəqilliyi qorumaq əzmində olacaqdır". Çünki milli dövlətçilik və milli-mənəvi dəyərlər arasında sıx bir daxili əlaqə vardır. Bu mənada yalnız milli kimliyi bəlli olan və özünü bir millət kimi dərk edən xalqın aydın və perspektivli inkişaf yolu ola bilər. Bir də unutmayaq ki, Azərbaycan xalqı bu günədək məhz milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində özünün mövcudluğunu, milli özünəməxsusluğunu qoruyub saxlaya bilib.

Aynur SƏFƏRLİ

(Məqalə "Tələbələrin və gənc tədqiqatçıların "Müasir Azərbaycan mətbuatı və "525-ci qəzet" mövzusunda elmi konfransı"nda edilmiş məruzə əsasında hazırlanıb)

 





09.10.2019    çap et  çap et