525.Az

Ruhani Türkiyəni Suriyada hərbi əməliyyatlardan çəkinməyə çağırdı


 

Ruhani Türkiyəni Suriyada hərbi əməliyyatlardan çəkinməyə çağırdı<b style="color:red"></b>

İran Prezidenti Həsən Ruhani Türkiyəni təmkinli olmağa və Suriyanın şimalında hərbi əməliyyatlardan çəkinməyə çağırıb.

APA-nın İRNA-ya istinadən verdiyi xəbərə görə, Həsən Ruhani Türkiyənin cənubunda və Suriyanın şimalında təhlükəsizliyin təmin olunması üçün yeganə həll yolunun Suriya ordusu olduğunu deyib.

“Türkiyənin sərhədlərindəki təhlükəsizliklə bağlı narahatlığını başa düşürük. İnanırıq ki, bu narahatlıqların aradan qaldırılması üçün düzgün bir yol qəbul edilməlidir. Biz dost və qardaş qonşumuz Türkiyəni təmkinli davranmağa, qərarını yenidən nəzərdən keçirməyə çağırırıq. Suriyadakı kürdlər Suriya ordusuna dəstək verməlidir", - deyə İran Prezidenti bildirib.

 





09.10.2019    çap et  çap et