525.Az

Saakaşvili ilə Tiflis meri ölkəni tərk edib


 

Saakaşvili ilə Tiflis meri ölkəni tərk edib<b style="color:red"></b> Gürcüstan prezidenti Mixail Saakaşvili və Tiflis meri Qiqi Uqulava ölkəni tərk edib. APA-nın “Online Georgia” saytına istinadən verdiyi məlumata görə, belə bir xəbəri “Maestro” telekanalı yayıb.
 
Dövlət başçısı əhaliyə televiziya ilə rəsmi müraciətindən sonra hava limanına yollanıb. Onu orada paytaxt meri qarşılayıb.
 
Prezident administrasiyasından bildiriblər ki, Saakaşvili Avropaya səfərə yollanıb. Bununla bağlı rəsmi məlumat sabah yayılacaq.
 
“Georgia Online” saytına isə adı açıqlanmayan mənbələrdən məlum olub ki, Tiflis meri Strasburqa rəsmi səfərə gedib. Prezident isə Avropa ölkələrinin birinə qeyri-rəsmi səfərə yollanıb. Saakaşvili iki gündən sonra vətəninə qayıdacaq.    
 





28.10.2013    çap et  çap et