525.Az

Nazir müavini: "Türkiyə ilə tərcihli ticarət haqqında saziş layihəsi hazırlanır"


 

Nazir müavini: "Türkiyə ilə tərcihli ticarət haqqında saziş layihəsi hazırlanır"<b style="color:red"></b>

Azərbaycanla Türkiyə arasında preferensial (tərcihli) ticarət haqqında saziş layihəsi hazırlanır.

"APA-Economics"in məlumatına görə? bunu jurnalistlərə açıqlamasında Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, hazırda bu proses uğurla davam edir və gözlənildiyi kimi, o, məntiqi nəticəsini tapacaq:

"Qeyd olunan məsələyə dair Türkiyə ilə Azərbaycan arasında  Naxçıvanla bağlı razılaşma əldə olunub və bu çərçivədə Naxçıvan məhsulları Türkiyəyə idxal olunacaq. Nəzərə almaq lazımdır ki, Naxçıvan blokadada olan bölgədir və bu baxımdan sözügedən sazişdə bir sıra özəlliklər var. Təbii ki, Azərbaycan tərəfinin maraqları nəzərə alınmaqla, həmin saziş layihəsi hazırlanmaq üzrədir".

 





10.10.2019    çap et  çap et