Suriyanın şimalında “Barış bulağı” hərbi əməliyyatları başladığı vaxtdan etibarən indiyə kimi 109 terrorçu öldürülüb.
APA-nın xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə Prezidenti deyib ki, hərbi əməliyyatlar davam edir.
“Öldürülən terrorçulardan savayı, yaralılar da, təslim olanlar da var”, - deyə Ərdoğan qeyd edib.