525.Az

“Azərbaycan Dəmir Yolları” daha 2 elektrik sürət qatarı alacaq


 

“Azərbaycan Dəmir Yolları” daha 2 elektrik sürət qatarı alacaq<b style="color:red"></b>

“Azərbaycan Dəmir Yolları” QSC ilin sonuna qədər İsveçrənin  "Stadler Rail Group” şirkətindən daha 2 elektrik sürət qatarı alacaq.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, bu qatarların Rusiya qatarlarından fərqi altında 40 səsboğucunun olmasıdır:

"Rusiya qatarlarında bunların sayı daha azdır".

 





11.10.2019    çap et  çap et