525.Az

Mnuçin: "Tramp Türkiyə əleyhinə yeni güclü sanksiyalar barədə təlimat verib"


 

Mnuçin: "Tramp Türkiyə əleyhinə yeni güclü sanksiyalar barədə təlimat verib"<b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp Türkiyə əleyhinə yeni güclü sanksiyalar barədə səlahiyyətli orqanları təlimatlandırıb, lakin bu sanksiyaların aktivləşdirilməsi barədə hələ göstəriş verməyib.

APA-nın "France Press" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin mətbuat konfransında deyib.

O bildirib ki, maliyyə institutları Türkiyəyə mümkün sanksiyalar barədə təlimatlandırılıblar.

"Əgər ehtiyac duyularsa, biz Türkiyənin iqtisadiyyatını dayandıra bilərik. Bu, humanitar problemləri və oradakı insanları müdafiə etməyimizin bir yoldur", - deyə, Mnuçin qeyd edib.

 





12.10.2019    çap et  çap et