525.Az

Türkiyə Obamanı dəstəkləyir


 

Türkiyə Obamanı dəstəkləyir<b style="color:red"></b>

Amerikada keçiriləcək prezident seçkiləri ilə əlaqədar Türkiyədə 500 nəfər arasında “Kimin prezident olmasını istəyərdiniz?” adı altında sorğu aparılıb.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sorğunu cavablandıran şəxslərin 94 faizi Obamanı dəstəklədiklərini söyləyib.

Dünyanın 32 ölkəsində 26 min adam arasında ''Amerikada prezident seçkiləri 2012'' başlığı ilə aparılan sorğunun nəticələrinə görə respondentlərin 81 faizi Barak Obamanı,19 faizi isə Mitt Romneyi dəstəkləyib.

ABŞ liderinə ən böyük dəstək İslandiya, Hollandiya və Portuqaliyadan, Romneyə isə  İsraldən gəlib. Pakistan və Gürcüstanın adı da Romneyə dəstək verən ölkələr sırasında yer alıb.

Nigar Məhərrəm

 





11.10.2012    çap et  çap et