525.Az

Bir ömrün hekayəsi


 

Bir ömrün hekayəsi<b style="color:red"></b>

I yazı...

Bəzən bir kəlmə yaşadır insanı. Ölümün pəncəsindən alır,qoparır, həyata vidadan qurtarır onu.

Bəzən bir nəğmə və ya bir şeir böyük bir millətin tarixdən silinməsinə qarşı olur,onu özünə qaytarır.

Bəzənsə  bir foto... Bir foto yetir ki, kəlməsiz, şüarsız bir- birindən  minlərcə kilometr  aralı yaşayan fərqli mədəniyyətlər arasında körpü qursun və milyonlarca insanı birliyə, bərabərliyə, həmrəyliyə yönəltsin.

Bir foto yetər (! )miş!

...bu cansız hərəkətsiz bir kadr,donmuş,dayanmış bir an neçə - neçə arzulara, diləklərə qol-qanad ümidlərə nəfəs,duyğulara can verir və verəcəkdir də!

Hafizəsi zəif olan toplumlara,bir-biri ilə bağlarını qoparmış ailələrə,keçmişini unudan insanlara haradan gəldiyini  xatırladır həm də bu-fotolar.

Çılpaq gözlə fərq etmədiyimiz anları dondurub önümüzə  qoyan da onlardır,bir anı bir surət ifadəsini, bir baxışdakı həyəcanı bizlərə yaşadan da -onlar.

...fotolar,fotolar,fotolar.

İçində yaşadığımız zamanın gələcəkdəki ən böyük işartıları olan fotolar!

... Qarşımda bir foto. Kadrda qürub edən Günəş. Və günəşin qızılı şəfəqlərinə boyanan dənizin ləpələri arasında dolaşan elə  indicə azadlığına qovuşmuş bir insanın xoşbəxtlik və sevinc dolu bir anı... 

Fotoşəklin üzərində "Sözsüz" anlamını  verən" Kelmelerde tarifi-karşılığı yok"  başlığı. Məncə də yox! Çünki fotodakı bu an bütöv bir ömrün hekayəsidir və özü də bütöv bir ömrün azadlıq hekayəsidir.

Azadlığa köklənmiş ovqatımın bu vaxtı məşhur türk müğənnisi Sezen Aksunun nəğməsini xatırlayıram.

"Bir ömrün hekayəsi sığarmı bilmem satırlara,

Yaz desem anılara,anılara sığarmı ele verir mi?

Yıllar sizden kim korkar

Su gibi aktı yıllar dəryada

Bir damla kadar yaşadım şahidimsiniz

Yıllar sizdən kim korkar...

Gül gibi hatıralar

Tül gibi beni sarar

Daha dün yaşanananlar

Hem yakın hem uzaktalar

Bir ömrün hikayesi sığarmı bilmem

Satırlara...

II yazı 69 ilin akkordları

(yaxın dostu Hikmət İsmayılovun dilindən)

Bu gün onun doğum günüdür.69 yaşı tamam olur. Bu 69 ilin məqamları  Azərbaycandan olan dostları adına həkim nefroloq Hikmət İsmayılovun dilindən :

"Adı ilə öyündüyüm, hər görəndə sevindiyim , ürəyimi gözümdən oxuyan, yenilməyən qeyrəti ilə haqq yolunda irəliləyən, halallığı ilə daha çox tanınan, tibb dünyasının "agsaqqalı" prof.doktor Mehmet Haberaldan söhbət açmaq istəyirəm. O sanki Allahın bizlərə bəxş etdiyi bir nurdu,yanan işıqdı,sönməz çıraqdı.Əsl ziyalıdı,müəllimdi,həkimdi. O həm də elimizə,elmimizə xidmət eləyən,millət yolunda, haqq yolunda ocaq kimi alışan millət vəkilidir. O öz sadəliyi, mehribanlığı, səmimiyyəti ilə hamımızdan seçilir. Bu da hər kəsə,hər alimə,ziyalıya nəsib olmayan xoşbəxtlikdir. Mənə elə gəlir ki ziyalı olmaq üçün dünyaya gəlib - Mehmet bəy ".

Orda həbsxanada -  dörd divar arasında azadlıq mücadiləsi verəndə də ziyarətinə getmişdi, indi də özgürlüyünə qovuşduğu doğma divarlar arasında da ziyarətində-hizmətindədir.

" Mehmet bəy haqqın nahaqqa qurban verildiyi bu dünyada halal şöhrəti özü qazanıb,  dünyanın üzünü haqqa döndərməyə çalışıb. Millət vəkili yolunda könlünü şam kimi yandırıb. O elə bir insan, elə bir şəxsiyyətdir ki, onun ömrünün məqamları min kitaba sığışmaz " deyib fikrə daldı...

 Gözlərinə baxdım, indi də   gözləri danışırdı: "60-ı aşırıb 70-ə qədəm qoyan bu kişinin köz -köz yaralarına məlhəm qoymaq lazımdır.  Ürəyinin odunu insanlara paylayan bu adamın qədrini bilmək onu qorumaq lazımdır" dedi  gözləri - Hikmət bəyin!

III yazı 29 oktyabr 1923.

Günlərdən 29 oktyabr, illərdən 2013. Bu gün mənim və bizim Hocamız Mehmet Haberalın doğum günüdür. 69-u tamam oldu.İndi üzü yoxuşa sarıdır. 70-ə doğru yol gedir.Elə Yeni bir yaş - yeni bir yoldur, yeni bir təcrübədir.

Hər kəs öz sevdiyini sevindirmək istər. Özü də  bunu sevdiyi  insanın ən gözəl günündə -  varlıq səbəbi olan doğum günündə etmək istər.

Çünki  hər kəs  qəlbində  gizlətdiyi və bəslədiyi duyğuları məhz o gün göstərmə fürsəti tapır. Və sevgisini ifadə edəcəyi ən gözəl hədiyyəni arayır. Amma ən gözəl doğum günü hədiyyəsi isə yox! Məsələn, xəfif bir gülümsəmə,bir-birinə səmimi sarılmaqdan daha gözəl sevgi göstərmə yolu varmı?  Hədiyyə isə bu sevinci paylaşmağa şahidlik edən və o anı ölümsüzləşdirən kiçik bir xatirə ola bilər! Amma əsl hədiyyəni ona Ulu Tanrı və bir də valideynləri (rəhmətlikləri) təqdim ediblər. 29 oktyabr 1944-cü il Türkiyənin  Cümhuriyyət Bayramı günü dünyaya gəlişiylə. Hər il doğum gününü Cümhuriyyət Bayramı ilə birlikdə qeyd etmək nə böyük şərəfdir - Dəyərli Hocam Mehmet bəy! Sizin 69 və Cümhuriyyətimizin 90 yaşı mübarək.

Düz 90 il bundan əvvəl 29 oktyabr 1923-də Türkiyə Cümhuriyyəti qurulmuş və insanlar cümhuriyyətlə  birlikdə özündə var olan azadlıq və bərabərlik kimi dəyərləri qavramışdır.

Redaksiyadan: "525-ci qəzet"in kollektivi də bu təbriklərə qoşulur,dünyaya Mehmet Haberal kimi böyük və mübariz ziyalılar bəxş etmiş qardaş Türkiyəyə xoş gələcək, çiçəklənmə və rifah arzulayır.Belə oğullar Vətənin xoş sabahlarının müjdəçiləridir.Tanrı işığı yolunuzdan əskik olmasın!

 





29.10.2013    çap et  çap et