525.Az

Mehriban Əliyevadan Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı


 

Mehriban Əliyevadan Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı <b style="color:red"></b>

Birinci vitse-prezident Mehriban Əliyeva akademik Vasim Məmmədəliyevin vəfatı münasibəti ilə başsağlığı verib.

APA-nın xəbərinə görə, Birinci vitse-prezidentin “İnstagram” səhifəsində paylaşılan başsağlığında deyilir: “Dünya şöhrətli şərqşünas-alim, müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimin Azərbaycan dilinə tərcüməçilərindən biri, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyev dünyasını dəyişib. Çox yüksək intellektə və nadir mənəvi keyfiyyətlərə malik insan – Vasim müəllim elm dünyasında şübhəsiz nüfuz sahibi idi. Onun Azərbaycanda şərqşünaslığın inkişafında müstəsna xidmətləri var. Dahi tədqiqatçı alim və istedadlı müəllim olan Vasim Məmmədəliyev Azərbaycan elminin çoxəsrlik ənənələrinin davamçısı idi.

Akademik Vasim Məmmədəliyevin vəfatı bizim hamımız üçün çox böyük itkidir. Böyük alimin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Allah rəhmət eləsin!”.

 





14.10.2019    çap et  çap et