525.Az

Suriya hökuməti Türkiyəyə qarşılıq verməsi üçün şimal sərhədlərə qoşun yerləşdirir


 

Suriya hökuməti Türkiyəyə qarşılıq verməsi üçün şimal sərhədlərə qoşun yerləşdirir<b style="color:red"></b>

Suriya hökuməti artıq beş gündür “Barış bulağı” hərbi əməliyyatlarına başlayan Türkiyə ordusuna qarşılıq verməsi üçün ölkənin şimal sərhədlərinə doğru ordu göndərmək qərarına gəlib.

APA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriyanın “SANA” agentliyi məlumat yayıb.

Bildirilir ki, ordu qüvvələri Hələbin şimalındakı Menbiçdə yerləşdiriləcək. Hərbçilərin Kobaniyə daxil olması üçün “Suriya kürdləri ilə Dəməşq arasında razılıq da əldə olunub”.

“Al Mayadeen” telekanalının bildirdiyinə görə, Suriya ordusu bazar günü Menbiçə daxil olub. Məlumata görə, kürdlərdən ibarət silahlı bölmələr hökumət qüvvələrini öz postlarından şəhərə buraxıb.

Suriya ordusunun iki gün ərzində Türkiyə ilə sərhəddə iki böyük şəhəri nəzarətə götürəcəyi qeyd olunur. Söhbət Hələbin şərqindəki Menbiç və şimalındakı Kobani (Ayn-əl-Ərəb) şəhərlərindən gedir.

 





14.10.2019    çap et  çap et