525.Az

Ərdoğan: “Merkel və Conson dezinformasiyaların təsiri altındadırlar”


 

Ərdoğan: “Merkel və Conson dezinformasiyaların təsiri altındadırlar”<b style="color:red"></b>

“Suriyanın şimalında aparılan hərbi əməliyyatlarla bağlı Almaniya kansleri Angela Merkel və Böyük Britaniyanın Baş Naziri Boris Consonla telefon danışıqlarım olub. Telefon danışıqları zamanı məlum oldu ki, onlar bəzi həqiqətləri bilmirlər”.

APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti bildirib ki, Almaniya kansleri və Böyük Britaniya Baş Naziri dezinformasiyaların təsiri altındadırlar: “Hətta danışığımız zamanı bəzi həqiqətləri bilikdən sonra Boris Conson mənə, sizə necə kömək edə bilərəm dedi”.

Ərdoğan qeyd edib ki, NATO terrorizmə qarşı mübarizədə Türkiyənin yanında olmalıdır.

 





14.10.2019    çap et  çap et