525.Az

Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü oldu


 

Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü oldu <b style="color:red"></b>

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin görüşü olub.

APA xəbər verir ki, Özbəkistan Prezidentini salamlayan Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

- Hörmətli Şavkat Miromonoviç, Sizi Azərbaycanda görməyimə çox şadam. Xoş gəlmisiniz.

Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfər bizim dostluq, qardaşlıq münasibətlərimizin inkişafına yeni təkan verəcək. Xalqlarımız arasında əlaqələr tarixin sınağından çıxıb. Özbək və Azərbaycan xalqları əsrlərboyu həmrəylik və sülh şəraitində yaşayıb, bir-birinə qardaş münasibəti bəsləyiblər. Bu, möhkəm təməldir. Bu gün müstəqil ölkələr olan Özbəkistan və Azərbaycan öz gələcəyini çox möhkəm, çoxəsrlik tarixi təməl üzərində qurur. Əminəm ki, bizim münasibətlərimizin durmadan inkişafı gələcək zəfərlərin rəhni olacaq. Biz həm qarşılıqlı siyasi əlaqələri, həm də iqtisadi əməkdaşlığı möhkəmləndirəcəyik. Nəqliyyat, energetika, turizm sahələrində çox yaxşı perspektivlər var. Biz bütün istiqamətlərdə fəal əməkdaşlığı, səmərəli nəticələri hədəf seçmişik.

Siz çox müdrik qərar qəbul etmisiniz, Özbəkistan Türk Şurasına qoşulub. Buna görə Sizə təşəkkür etmək və Türk Şurası üzvlərinin ümumi məmnunluğunu bildirmək istərdim. Biz bunu tarixi hadisə hesab edirik, bu, heç şübhəsiz, bizim həmrəyliyimizi, qarşılıqlı əlaqələrimizi, əməkdaşlığımızı möhkəmləndirəcək. Əminəm ki, sabahkı sammit Şura üzvü olan bütün ölkələr arasında münasibətlərin daha da inkişafına və həmrəyliyə xidmət edəcək. Azərbaycana xoş gəlmişiniz.

 





14.10.2019    çap et  çap et