525.Az

Şair Nazim Əhmədli ilə görüş


 

Şair Nazim Əhmədli ilə görüş<b style="color:red"></b>

Oktyabrın 11-də Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin Mərkəzi Kitabxanasında tanınmış şair Nazim Əhmədli ilə oxucuların görüşü olub.

Xətai MKS–nin direktoru Həmidə Məmmədova tədbiri açıq elan elədi, baş kitabxanaçı Ağgül Mərdanova  şair Nazim Əhmədlinin həyat və yaradıcılığı haqqında danışdı.

Tanınmış aktrisa,sənətşünaslıq üzrə fəlsəvə doktoru Zülfiyyə Eldarqızı Nazim Əhmədlinin şeirlərini səsləndirdi.   

Nazim Əhmədli əslən Laçın rayonundan olan, Qızıl Qələm mükafatçısı, şairə Gilə Əliqıznı oxuculara təqdim etdi. Gilə Əliqızı da öz şeirlərini oxudu.

Şair-publisist mübüriz Binnətoğlu, Laçın rayonu Malıbəy kənd Mədəniyyət evinin direktoru Elyana Məmmədova, Laçın rayon Pircahan kənd mədəniyyət evinin direktoru, Rübabə İbadova və başqa iştirakçılar çıxış edib nazim Əhmədlinin yaradıcılığı barədə öz fikirlərini dedilər.

Nazim Əhmədli şeir kitablarınını imazalayaraq tədbir iştirakçılarına hədiyyə etdi.

 





14.10.2019    çap et  çap et