525.Az

Vasim Məmmədəliyev dəfn olundu - Yenilənib


 

Vasim Məmmədəliyev dəfn olundu - <b style="color:red">Yenilənib </b>

Akademik Vasim Məmmədəliyev dəfn olunub.

APA-nın xəbərinə görə, V. Məmmədəliyev II Fəxri Xiyabanda torpağa tapşırılıb.

*** 14.41

Akademik Vasim Məmmədəliyevlə vida mərasimi başa çatıb.

APA-nın məlumatına görə, vida mərasimi Bakı Dövlət Universitetində (BDU) keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın adından əklillər göndərilib.

Vida mərasimində Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Xarici İşlər Nazirinin müavinləri Hafiz Paşayev və Xələf Xələfov, elm, mədəniyyət və ictimaiyyət xadimləri iştirak ediblər.

V. Məmmədəliyev II Fəxri Xiyabanda dəfn olunacaq.

 





14.10.2019    çap et  çap et