525.Az

Macarıstan baş naziri Azərbaycana gəlib


 

Macarıstan baş naziri Azərbaycana gəlib<b style="color:red"></b>

Macarıstanın Baş Naziri Viktor Orban Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.

APA xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş Nazirin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Macarıstanın Baş Naziri Viktor Orbanı hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

 





14.10.2019    çap et  çap et