525.Az

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni binasının açılışı oldu - Foto


 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni binasının açılışı oldu - <b style="color:red">Foto </b>

Oktyabrın 14-də Bakıda Azərbaycan, Türkiyə, Qazaxıstan və Macarıstan Xarici İşlər nazirlərinin, Türk Şurasının, TÜRKPA-nın, TÜRKSOY-un və Türk Akademiyasının rəhbərlərinin iştirakı ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni istifadəyə verilmiş inzibati binasının açılışı olub.

Qonaqlar inzibati binada yaradılan şəraitlə tanış olub, türk xalqlarının tarixinə, mədəniyyətinə, adət-ənənələrinə dair sərgiyə baxıblar.

Qonaqları salamlayan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi qurumun yaranma tarixi və fəaliyyəti, türk dünyasının zəngin mədəniyyəti, qədim tarixi, milli-mənəvi dəyərləri ilə bağlı həyata keçirdiyi layihələr haqqında məlumat verib. Günay Əfəndiyeva türk dünyasının maddi və mədəni irsinin zənginliyindən, bu irsin qorunmasının, öyrənilməsinin və beynəlxalq miqyasda təbliğ edilməsinin əhəmiyyətindən danışıb. O əlavə edib ki, yeni istifadəyə verilmiş binada bütün türk xalqlarının mədəniyyəti, tarixi, zəngin irsi ilə bağlı tədbirlər keçiriləcək.

Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, türkdilli xalqların maddi-mənəvi irsin qorunması, tədqiqi və təbliği işini həyata keçirən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması təşəbbüsü ilə bağlı qərar 2009-cu il oktyabrın 3-də Türkdilli ölkələrin dövlət başçılarının Naxçıvan şəhərində keçirilmiş IX Zirvə Görüşündə qəbul edilib. Həmin qərar 2010-cu il sentyabrın 16-da İstanbulda Türkdilli ölkələrin dövlət başçılarının X Zirvə Toplantısında dəstəklənib. Fondun Nizamnaməsi 2012-ci il avqustun 23-də Bişkek şəhərində keçirilən Zirvə Görüşündə Azərbaycan, Qırğızıstan, Türkiyə, Qazaxıstan hökumət başçıları tərəfindən qəbul edilib.

 

 





15.10.2019    çap et  çap et