525.Az

ABŞ Türkiyənin üç nazirini sanksiya siyahısına əlavə edib


 

ABŞ Türkiyənin üç nazirini sanksiya siyahısına əlavə edib<b style="color:red"></b>

Rəsmi Vaşinqton Suriyada həyata keçirilən “Barış bulağı” hərbi əməliyyatların dayandırılmaması ilə bağlı Türkiyənin üç nazirinin adını sanksiyalar siyahısına əlavə edib.

APA TASS-a istinadla qeyd edir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat yerləşdirilib.

Adları sanksiyalar siyahısına əlavə edilən nazirlər Müdafiə naziri Hulusi Akar, Enerji və Təbii Sərvətlər naziri Fatih Donmez və daxili işlər naziri Süleyman Soyludur.

 





15.10.2019    çap et  çap et