525.Az

"Qızıl topa"a namizədlər müəyyənləşdi


 

"Qızıl topa"a namizədlər müəyyənləşdi<b style="color:red"></b>

FİFA dünyanın ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatına namizədlərin adlarını açıqlayıb.

Qol.Az-ın ali qitə qurumunun saytına istinadən verdiyi məlumata görə, siyahıda 23 futbolçu yer alıb.

Builki "Qızıl top" mükafatına namizəd oyunçular bunlardır:
Qaret Beyl (Uels),  Edinson Kavani (Uruqvay), Radamel Falkao (Kolumbiya), Eden Hazard (Belçika), Zlatan İbrahimoviç (İsveç), Xavi (İspaniya), Andres İnyesta (İspaniya), Filipp Lam (Almaniya), Robert Levandovski (Polşa), Lionel Messi (Argentina), Andrea Pirlo (İtaliya), Frank Riberi (Fransa), Aryen Robben (Hollandiya), Bastian Şvaynştayqer (Almaniya), Luis Suarez (Uruqvay), Mesut Özil (Almaniya), Tomas Müller (Almaniya), Manuel Noyer (Almaniya), Tiaqo Silva, Neymar (Braziliya), Kriştiano Ronaldo (Portuqaliya) Robin van Persi (Hollandiya),  Yaya Ture (Kot d`İuvar).

Qeyd edək ki, qalibin adı yığmaların baş məşqçilərinin, kapitanlarının və  jurnalistlərin səslərinin nəticələrinə əsasən yanvarın 13-də bəlli olacaq.

Xatırladaq  ki, son 4 ildə bu mükafatı  Lionel Messi qazanıb.

 





29.10.2013    çap et  çap et