525.Az

“Terrorçulardan təmizlənən bölgələrə suriyalı qaçqınlar yerləşdiriləcək”


 

“Terrorçulardan təmizlənən bölgələrə suriyalı qaçqınlar yerləşdiriləcək”<b style="color:red"></b>

Oktyabr ayının 9-da Türkiyə Respublikasının bölgədə sabitliyi bərpa etmək üçün başladığı “Barış bulağı” hərəkatı ilə bağlı Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk bölgədəki media nümayəndələri ilə görüşüb. 

APA-nın yerli bürosunun məlumatına görə, Baş konsul Suriyanın şimalında aparılan əməliyyatlarla bağlı geniş məlumat verib.

O qeyd edib ki, artıq 8 ildir aparılan danışıqlar nəticə vermədiyindən Türkiyə tərəfi bu addımı atmaq qərarına gəlib:

“Bu kimi əməliyyatlar zaman-zaman keçirilib. “Barış bulağı” əməliyyatının keçirilməsində məqsəd sərhəd təhlükəsizliyini təmin etmək, terror koridoruna əngəl olmaq, terror hücumları və terror təşkilatları PKK/PYD-nin bölgədəki demoqrafiyanı pozmasını əngəlləmək, Suriyanın ərazi bütövlüyünü qorumaq və terrorçulardan təmizlənən bölgələrə suriyalı qaçqınları yerləşdirməkdən ibarətdir”.

 





15.10.2019    çap et  çap et