525.Az

“Pedaqoji şura iclasları bir çox hallarda formal xarakter daşıyır”


 

“Pedaqoji şura iclasları bir çox hallarda formal xarakter daşıyır”<b style="color:red"></b>

"Pedaqoji şura iclasları bir çox hallarda formal xarakter daşıyır. Amma əslində bu iclaslarda məktəbliləri narahat edən çox ciddi məsələlər müzakirə olunmalıdır".

APA-nın məlumatına görə, bunu "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib.

Nazir müavini bildirib ki, pedaqoji şura iclaslarının ildə 5 dəfə keçirilməsi tələb olunmur, zərurət yarananda narahat edən məsələ müzakirəyə çıxarılmalıdır:

"Qərar qəbul etmək, fikir mübadiləsi aparmaq pedaqoji şuraların müzakirəsinə çıxarılmalıdır. Yaxşı olardı ki, bu il keçirilən şura iclaslarına Təhsil Nazirliyinin nümayəndələri də dəvət edilsin. Mən özüm böyük məmnuniyyətlə bu iclaslarda iştirak edə bilərəm. Çünki ortaya qoyulan bir təcrübə bütün ölkə üçün faydalı ola bilər".

 





15.10.2019    çap et  çap et