525.Az

ABŞ-ın vitse-prezidenti və dövlət katibi Türkiyəyə səfər edəcəklər


 

ABŞ-ın vitse-prezidenti və dövlət katibi Türkiyəyə səfər edəcəklər<b style="color:red"></b>

ABŞ-ın vitse-prezidenti Mayk Pens və dövlət katibi Mayk Pompeo bu gün Türkiyəyə səfər edəcəklər.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, M. Pens və M. Pompeo Türkiyədən atəşkəs tələb edəcəklər.

“Türkiyəyə və başqalarına qarşı sərt davranacağıq. Sülh və təhlükəsizliyi davam etdirmək məcburiyyətindədirlər. Pens və Pompeonun yer aldığı nümayəndə heyəti Türkiyədən atəşkəs tələb edəcək”, - deyə ABŞ Prezidenti vurğulayıb.

Səfər zamanı Suriya məsələsinin müzakirə olunacağı bildirilir.

 





16.10.2019    çap et  çap et