525.Az

Türkiyə prezidenti "Qardaşlığımız əbədidir" QHT Koalisiyasının üzvlərilə görüşdü


 

Türkiyə prezidenti "Qardaşlığımız əbədidir" QHT Koalisiyasının üzvlərilə görüşdü<b style="color:red"></b>

"Qardaşlığımız əbədidir" QHT Koalisiyasının bir qrup üzvü dünən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Toplantısı üçün paytaxt Bakıya səfər edən qardaş Türkiyə Cümhüriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun xanımı Əminə Ərdoğan ilə görüşüblər.

Koalisiyanın sədri, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli Koalisiyaya üzv olan qazilər, şəhid ailələri, QHT sədrləri və gənclər adından R.T. Ərdoğanı salamlayıb və səmimi görüşə görə minnətdarlığını ifadə edib.

Emin Həsənli, ölkəmizdə prezident İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlərdə olduğu kimi müharibə əlillərinə, veteranlarına və şəhid ailələrinə dövlət qayğısının yüksək səviyyədə olmasını vurğulayıb.

Qeyd edib ki, artıq bir neçə ildir ki, qardaş ölkələr arasında bu kateqoriyadan olan insanları və gəncləri özündə birləşdirən QHT nümayəndələrinin qarşılıqlı səfərləri həyata keçirilir. Koalisiya sədri həmçinin, qardaş ölkənin başlatdığı "Sülh çeşməsi" hərəkatını dəstəklədiklərini, qazilər, QHT nümayəndələri və xüsusən, gənclər olaraq hər zaman qardaş ölkənin yanında olduğumuzu vurğulayıb.

R.T. Ərdoğan qazilərimizə və gənclərimizə öz təşəkkürünü bildirib, Ulu Öndər Heydər Əliyevin kəlamını xatırladıb, bizim bir millət iki dövlət olduğumuzu bildirərək qazilərimizə bir daha bir araya gəlməyindən məmnunluğunu ifadə edib.

Türkiyə prezidentinin xanımı da öz növbəsində verilən dəstəyə görə minnətdarlığını bildirib və bütün xalqımıza salamlarını ünvanlayıb.

 





16.10.2019    çap et  çap et