525.Az

Rauf Kişiyev Müdafiə Nazirliyinin idarə rəisi vəzifəsindən azad edildi


 

Rauf Kişiyev Müdafiə Nazirliyinin idarə rəisi vəzifəsindən azad edildi<b style="color:red"></b>

Müdafiə Nazirliyinin idarə rəisi işdən çıxarılıb.

APA-nın məlumatına görə, Müdafiə naziri Zakir Həsənovun imzaladığı müvafiq əmrlə nazirliyin Hüquq İdarəsinin rəisi, polkovnik Rauf Kişiyev yaş həddi ilə əlaqədar ehtiyata buraxılıb.

Nazirin digər əmri ilə həmin vəzifəyə polkovnik Emin Əzimzadə təyin edilib.

 





16.10.2019    çap et  çap et