525.Az

Bakıda səfirlik avtomobili 4-cü mərtəbədə qəza törətdi


 

Bakıda səfirlik avtomobili 4-cü mərtəbədə qəza törətdi<b style="color:red"></b> Oktyabrın 28-də Bakı şəhərinin Səbail rayonu ərazisində yeni istifadəyə verilmiş çoxmərətəbəli avtomobil dayanacağında qəza baş verib. Lent.az-ın məlumatına görə, Üzeyir Hacıbəyov küçəsi 6 ünvanındakı (Malakan bağının yaxınlığı) 5 mərtəbəli avtomobil dayanacağının 4-cü mərtəbəsində, Rumıniya səfirliyinin əməkdaşı, 1970-ci il təvəllüdlü Radu Johan Andreyeviçin idarə etdiyi “Daewoo” markalı avtomobil qəzaya uğrayıb. Qəza zamanı səfirliyə məxsus avtomobil ilə paytaxt sakini, 1980-ci il təvəllüdlü Rəşad İbrahimovun idarə etdiyi “Mercedes” toqquşub. Hər iki avtomobilə ciddi ziyan dəyib. Xəsarət alan olmayıb.
 
Hadisə avtomobillərdən birinin qapalı avtomobil dayanacağının 4-cü mərtəbəsində sürət həddini düzgün seçməməsi səbəbindən baş verib.
 





29.10.2013    çap et  çap et