525.Az

Ərdoğan: “Bir millət, altı dövlət olub, daha da güclənəcəyik”


 

Ərdoğan: “Bir millət, altı dövlət olub, daha da güclənəcəyik”<b style="color:red"></b>

“Ötən gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Bakıda keçirilmiş VII Zirvə Görüşündə iştirak etdim. Bakıya səfərim çərçivəsində başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev, Özbəkistan və Qırğızıstan Prezidentləri və Macarıstanın Baş Naziri ilə keçirdiyim görüşlərdə həm ikitərəfli əlaqələri, həm də regional məsələləri müzakirə etdik”.

APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı deyib.

Bu yaxınlarda Özbəkistanın Türk Şurasına üzv olduğunu xatırladan Ərdoğan qeyd edib ki, ötən il olduğu kimi, Macarıstan Türk Şurasının Bakıda keçirilmiş VII Zirvə Görüşündə də müşahidəçi statusunda iştirak edib: “Bu günə kimi “Bir millət, iki dövlət” deyirdik. Ötən gün dedim ki, bundan sonra bir millət, beş dövlət olduq. İnşallah Türkmənistanın da sıralarımıza qoşulması ilə bir millət, altı dövlət olub, regionda daha da güclənərək birlikdə addımlayacağıq”.

 





16.10.2019    çap et  çap et