525.Az

Türkiyədə II Beynəlxalq Aşıq Şenlik festivalı


 

Türkiyədə II Beynəlxalq Aşıq Şenlik festivalı <b style="color:red"></b>

Oktyabrın 11-12-də Türkiyənin Qars şəhərində II Beynəlxalq Aşıq Şenlik festivalı keçirilib.
 
Dünya Qarapapaq Türkləri Birliyinin (KARPAT) təşkilatçılığı ilə keçirilən festivala Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb. Festivalın birinci günündə Aşıq Şenliyin Çıldırdakı abidəsi və doğulduğu Suxara kəndindəki məzarı ziyarət olunub,  eləcə də KARPATın Arpaçayda tikdirdiyi mərasim evinin açılışı olub.

İkinci gün isə Qarsda KARPATın mədəniyyət mərkəzinin açılışı olub, sonra isə  festival öz işini şəhərin böyük mədəniyyət mərkəzində davam etdirib. Qars aşıqları ilə yanaşı, Azərbaycan, İran və Gürcüstandan da aşıqların və insənət ustalarının qatıldığı festivalın açılışında KARPAT başqanı Erkan Koçalı çıxış edərək Türk mədəniyyətində aşıqlığın rolundan və Aşıq Şenliyin bu sənətdə böyük xidmətlərindən söz açıb. Azərbaycan Aşıqlar Birliyinin katibi, Musa Nəbioğlu isə öz çıxışında Azərbaycan və Türkiyə aşıqlarının son illərdəki qarşılıqlı yaradıcılıq əlaqələrinin genişlənməsindən, onların bü cür tədbirlərdə birgə iştirakının əhəmiyyətindən və Aşıq Şenliyin ustad aşıq kimi, Azərbaycanda da yaxşı tanınıb sevilməsindən danışıb, Aşıq Şenliklə bağlı folklorşünas alimlərimizin sanballı əsərlər yazdıqlarını vurğulayıb.

Festivalın bədii hissəsində Azərbaycandan getmiş aşıqlardan Əməkdar mədəniyyət işçisi Solmaz Kosayeva, Faxfur Ağbabalı və Qabil Abduyevin çıxışları tamaşaçıların rəğbətini qazanıb.

Festivala dəvət almış müğənnilərdən Əməkdar artist Nuriyyə Hüseynova, Marat Darvazlı, Rövşən Civişov, Günay Şuşalı və digərlərinin çıxışları da yerli tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 





16.10.2019    çap et  çap et