525.Az

"Bu gün qarşıda duran əsas çağırışlardan biri peşə təhsilinə marağın artırılmasıdır"


 

"Bu gün qarşıda duran əsas çağırışlardan biri peşə təhsilinə marağın artırılmasıdır"<b style="color:red"></b>

Dünən Bakıda Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində "Sənaye - peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf" mövzusunda konfrans keçirilib. Konfransda Milli Məclisin deputatları, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, ölkədəki xarici diplomatik nümayəndəliklərin təmsilçiləri, beynəlxalq təşkilatların, eləcə də işəgötürən şirkətlərin nümayəndələri və digər qonaqlar iştirak edirlər.

Tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov deyib ki, son illərdə Azərbaycanda insan kapitalının inkişaf etdirilməsi, məşğulluğun təmin edilməsi və keyfiyyətli əmək bazarının formalaşdırılması sahəsində mühüm tədbirlər həyata keçirilib. Prezident İlham Əliyev peşə təhsilinin inkişafına xüsusi diqqət yetirir. Prezident İlham Əliyevin peşə təhsilinin inkişafına xüsusi diqqətini vurğulayan nazir bildirib ki, "Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"ndə işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirilib.

C.Bayramov deyib ki, bu gün qarşıda duran əsas çağırışlardan biri peşə təhsilinə marağın və onun nüfuzunun artırılmasıdır. Təhsilalanların peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması, məşğulluğunun təmin edilməsi məqsədilə ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflərin yaradılmasına başlanılıb, növbəti tədris ilində isə bu siniflərin sayının və əhatə dairəsinin artırılması nəzərdə tutulur.

Peşə təhsili sahəsində beynəlxalq təşkilatlarla birgə həyata keçirilən layihələrə toxunan Təhsil nazirinin sözlərinə görə, yeni yaradılan Peşə Təhsil Mərkəzində gələn ildən yüksək texniki peşə təhsilinə qəbul və sənayenin tələbləri əsasında qısamüddətli kursların təşkili sayəsində tələbələrin sayı 1000 nəfərə çatdırılacaq: "Təhsilalanların peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması, məşğulluğunun təmin edilməsi məqsədilə ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflərin yaradılmasına başlanılıb, növbəti tədris ilində isə bu siniflərin sayının və əhatə dairəsinin artırılması nəzərdə tutulub".

Koreyanın Azərbaycandakı səfiri Kim Tong Op iki dövlət arasında inkişaf edən əlaqələrin önəmini xüsusi vurğulayıb və peşə sahəsində əməkdaşlıqdan danışıb.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov peşə təhsili və sənaye arasında əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində güclərin səfərbər edilməsinin zəruriliyini bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli də çıxışında iqtisadiyyatın gücləndirilməsi istiqamətində peşəkar kadrların əvəzsiz rol oynadığını və birgə əməkdaşlığın daha səmərəli nəticələr əldə edilməsinə şərait yaradacağını bildirib.

Sevinc QARAYEVA

 





16.10.2019    çap et  çap et