525.Az

Şamaxı-Padar avtomobil yolunun tikintisi davam edir


 

Şamaxı-Padar avtomobil yolunun tikintisi davam edir<b style="color:red"></b> Şamaxı-Padar avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.

Nəqliyyat Nazirliyi “Azəryolservis“ ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, 3-cü texniki dərəcəyə uyğun yenidən qurulan yolda artıq 18 km hissəyə üçqat, 5 km hissədə isə ikiqat asfalt-beton örtük salınıb. 42 km məsafədə isə yolun əsasının tikintisi başa çatdırılıb. Hazırda 7 km hissədə asfalt-beton örtüyünün salınmasına hazırlıq işləri yekunlaşmaq üzrədir.

Qeyd edək ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 121-ci km-dən başlayan bu yol Bakı-Qazax-Gürcüstan sərhədi və Bakı-Şamaxı-Yevlax avtomobil yollarını respublikanın cənub, cənub-qərb rayonları ilə əlaqələndirir.
 





29.10.2013    çap et  çap et