525.Az

Pompeo: "Türkiyə prezidenti ilə görüşəcəyimə ümid edirəm"


 

Pompeo: "Türkiyə prezidenti ilə görüşəcəyimə ümid edirəm"<b style="color:red"></b>

“Bizim məqsədimiz Türkiyə ilə münasibətləri pozmaq deyil”.

APA-nın xəbərinə görə, bunu ABŞ dövlət katibi Mayk Pompeo Türkiyəyə səfərindən öncə “Fox News” telekanalına müsahibəsində deyib.

O bildirib ki, əsl məqsəd Suriya münaqişəsinin həlli yollarını tapmaqdır: “Türkiyə NATO-nun üzvüdür. Bizim təhlükəsizlik sahəsində ümumi maraqlarımız var”.

Danışıqlar aparmaq üçün ABŞ-ın vitse-prezidenti Mayk Penslə birgə Türkiyəyə gedəcəyini xatırladan M. Pompeo qeyd edib ki, səfər zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyinə ümid edir.

O vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp danışıqların yüksək səviyyədə aparılmasını vacib hesab edir.

 





17.10.2019    çap et  çap et