525.Az

“Dağlıq Qarabağa səfər edən rusiyalı siyasətçilərin çıxışları şəxsi xarakter daşıyır”


 

“Dağlıq Qarabağa səfər edən rusiyalı siyasətçilərin çıxışları şəxsi xarakter daşıyır”<b style="color:red"></b>

“Dağlıq Qarabağ səfər edən və orada bəyanatlar səsləndirən rusiyalı siyasətçilərin, qanunverici hakimiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin çıxışları onların şəxsi nöqteyi-nəzərləridir. Bu, ekspert nöqteyi-nəzəridir”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O qeyd edib ki, rəsmi mövqe ancaq müvafiq icraedici hakimiyyət institutu tərəfindən verilir:

“Bizdə Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi tərəfindən rəsmi mövqe açıqlanır. Ümumilikdə dövlətin mövqeyini bu orqanlar əks etdirir”.

 





17.10.2019    çap et  çap et